Tokio-2020: Azərbaycan millisinin 3 idmançısı mübarizə aparacaq

Tokio-2020:  Azərbaycan millisinin 3 idmançısı mübarizə aparacaq
# 28 iyul 2021 00:00 (UTC +04:00)

Tokio-2020 Yay Olimpiya Oyunları davam edir.

Apasport.az saytının məlumatına görə, yarışın 6-cı günündə 25 dəst medal sahibini tapacaq.

Olimpiadanın əvvəlki günlərində mükafat qazana bilməyən Azərbaycan yığması tilsimi bu gün qıra bilər. Millimiz daha bir medal şansı qazanacaq. Bu, cüdoçu Məmmədəli Mehdiyevdir.

Ümumilikdə isə üç təmsilçimiz azarkeşlərini sevindirməyə çalışacaq. Onlardan ikisi növbəti mərhələyə yüksəlmək üçün mübarizə aparacaq.

Boksçu Alfonso Dominqes Olimpiadada ilk sınağına çıxacaq. O, 1/4 finala yüksəlmək üçün çalışacaq.

Ondan fərqli, Edi Reski Dviçayo ikinci qarşılaşmasına çıxacaq. Badmintonçumuz 1/8 finala yüksəlib-yüksəlməməsi qrupdakı son görüşündən asılıdır.

28 iyul
06:00. Cüdo. Kişilər, 90 kq. 1/16 final. Məmmədəli Mehdiyev
15:00. Badminton. Kişilər, qrup mərhələsi. L qrupu, III tur. Edi Reski Dviçayo - Anders Antonsen (Danimarka)
15:27. Boks. Kişilər, 81 kq. 1/8 final. Alfonso Dominqes – Dilşod Ruzmetov (Özbəkistan)

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR