Tokio-2020: Azərbaycan Paralimpiadada ikinci qızıl medalını qazanıb

Tokio-2020:  Azərbaycan Paralimpiadada ikinci qızıl medalını qazanıb
# 27 avqust 2021 12:17 (UTC +04:00)

Azərbaycan yığması Tokio-2020 Yay Paralimpiya Oyunlarında daha bir qızıl medal qazanıb.

Apasport.az saytının məlumatına görə, üzgüçü Roman Saleh çempionluq sevinci yaşayıb.

O, arxası üstə 100 m üzməkdə hamını qabaqlayıb. Təmsilçimiz 1 dəqiqə 0,30 saniyəyə finişə çatıb.

Qeyd edək ki, bu, millimizin Paralimpiadada 2-ci qızıl medalıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR