Tokio-2020: Azərbaycan Paralimpiadanı 14 qızıl, 1 gümüş və 4 bürünc medalla başa vurub

Tokio-2020: Azərbaycan Paralimpiadanı 14 qızıl, 1 gümüş və 4 bürünc medalla başa vurub
# 04 sentyabr 2021 10:11 (UTC +04:00)

Azərbaycan millisi Tokio-2020 Yay Paralimpiya Oyunlarında çıxışını başa vurub.

Apasport.az saytının məlumatına görə, yığmamız sabah başa çatacaq Paralimpiadada daha iki qızıl medal qazanıb.

Təmsilçilərimizdən paraatlet Lamiyə Vəliyeva ikinci dəfə fəxri kürsüyə yüksəlib. 100 m məsafəyə qaçışda gümüş medal alan həmyerlimiz 400 m məsafəyə qaçışda qızıl mükafata sahib olub. O, 55 saniyə göstərici ilə finiş xəttinə birinci çatıb.

Digər paraatlet Orxan Aslanov isə uzunluğa tullanmada qızıl medala yiyələnib. Təmsilçimiz 7,36 m nəticə göstərib.

Beləliklə, millimiz Tokio-2020 Yay Paralimpiya Oyunlarında çıxışını 14 qızıl, 1 gümüş və 4 bürünc medalla bitirib. Komandamız hazırda medal sıralamasında 9-cu yerdə qərarlaşıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR