Tokio-2020: Azərbaycan paralimpiyaçısı qızıl medal qazanıb və dünya rekordu vurub - VİDEO

Tokio-2020: Azərbaycan paralimpiyaçısı qızıl medal qazanıb və dünya rekordu vurub - VİDEO
# 28 avqust 2021 17:29 (UTC +04:00)

Azərbaycan Tokio-2020 Yay Paralimpiya Oyunlarda daha bir qızıl medal qazanıb.

Apasport.az saytının məlumatına görə, bu uğura yığmamızın atleti Həmid Heydəri imza atıb.

O, nizəatma yarışında 51,42 m göstərici ilə bütün rəqiblərini qabaqlayıb. Heydəri bu nəticə həm Paralimpiadanın qızıl medalını qazanıb, həm də dünya rekordunu ələ keçirib.

Bununla da Azərbaycan yığmasının medal sayı 9-a çatıb. Komandamızın aktivində 7 qızıl, 2 bürünc medal var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR