Tokio-2020: Azərbaycan velosipedçisi finişə çata bilməyib

Tokio-2020:  Azərbaycan velosipedçisi finişə çata bilməyib
# 24 iyul 2021 10:04 (UTC +04:00)

Azərbaycanın daha bir idmançısı Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəni dayandırıb.

Apasport.az saytının məlumatına görə, velosipedin şosse növündə çıxış edən Elçin Əsədov finişə çata bilməyib.

130 velosipedçinin qatıldığı yarışda 34 yaşlı idmançımız 57-ci km-də yıxılıb. Yarışın ümumi məsafəsi 234 km olsa da, Əsədov axıra qədər tab gətirə bilməyib.

Onunla yanaşı, hazırda davam edən yarışda daha 11 velosipedçi finişə çata bilməyib.

Qeyd edək ki, yarışın startında 2 velosipedçinin isə koronavirus testi müsbət çıxdığından mübarizəyə qoşulmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR