Tokio-2020: Azərbaycanın 31 idmançısı vidalaşıb, 13-ü startı gözləyir

Tokio-2020:  Azərbaycanın 31 idmançısı vidalaşıb, 13-ü startı gözləyir
# 03 avqust 2021 15:04 (UTC +04:00)

Azərbaycan millisinin daha dörd idmançısı Tokio-2020 Yay Olimpiya Oyunlarında çıxışını başa vurub.

Apasport.az saytının məlumatına görə, bu gün iki idmançımız mübarizəyə qoşulub, ikisi isə bir gün öncə qoşulduğu yarışa davam edib.

Onlardan biri atlet Nazim Babayevdir. O, final mərhələsinə yüksələ bilməyərək Yaponiya paytaxtını tərk edib.

Xalça üzərinə çıxan üç güləşçimizin nəticələri fərqli olub. Yarışa bu gün qatılan yunan-Roma güləşçisi İslam Abbasov ilk görüşdə uduzub, rəqibinin də sonradan büdrəməsi idmançımız üçün medal şansının bitməsi ilə nəticələnib.

Bir gün öncə qızıl uğrunda mübarizəni dayandıran Rafiq Hüseynov təsəlliverici görüşdə qələbə ilə bürünc uğrunda qarşılaşmaya çıxıb. Xalçanı qələbə ilə tərk edən güləşçimiz Azərbaycana Tokio-2020-də üçüncü bürünc medalı qazandırıb. Onadək cüdoçu İrina Kindzerska və boksçu Alfonso Dominqes də eyni əyarlı mükafat əldə edib.

Dünənki ilk qarşılaşmasında uduzan Elis Manolova rəqibi sayəsində təsəlliverici görüşə vəsiqə qazansa da, yenə də məğlubiyyətlə üzləşib. İki yenilgi onun üçün də Olimpiadanı başa çatdırıb.

Bununla da Olimpiadaya qatılan idmançı heyətindən mübarizəni dayandıranların sayı 31-ə çatıb. Təmsilçilərimizdən 13-ü startı gözləyir.

Qeyd edək ki, yığmamız Olimpiadaya 44 idmançı ilə qatılıb.

1. Kəramət Hüseynov (cüdo, 60 kq) – 1/8 finalda uduzub
2. Aişə Qurbanlı (cüdo, 48 kq) - 1/16 finalda uduzub
3. Elçin Əsədov (velosiped idmanı, şosse velosipedi) – finişə çata bilməyib
4. Maksim Şemberev (üzgüçülük, 400 m qarışıq) – 26-cı yer
5. Məryəm Şeyxəlizadəxangah (üzgüçülük, 100 m batterflyay) – 30-cu yer
6. Tayfur Əliyev (boks, 57 kq) – 1/16 finalda uduzub
7. Lorenzo Sotomayor (boks, 69 kq) - 1/16 finalda uduzub
8. İvan Tixonov (idman gimnastikası, kişilər çoxnövçülük) – 45-ci yer
9. Marina Nekrasova (idman gimnastikası, qadınlar çoxnövçülük) – 70-ci yer
10. Orxan Səfərov (cüdo, 66 kq) – 1/16 finalda uduzub
11. Emin Cəfərov (stend atıcılığı, skit) –26-cı yer
12. Anna Başta (qılıncoynatma, sablya) – 1/8 finalda uduzub
13. Fəridə Əzizova (taekvondo, 67 kq) – 1/8 finalda uduzub
14. Milad Beiqi Harçeqani (taekvondo, 80 kq) – 1/4 finalda uduzub
15. Rostislav Pevtsov (triatlon) – 41-ci yer
16. Rüstəm Orucov (cüdo, 73 kq) – 5-ci yer
17. Murad Fətiyev (cüdo, 81 kq) – 1/8 finalda uduzdu
18. Məmmədəli Mehdiyev (cüdo, 90 kq) – 1/8 finalda uduzub
19. Edi Reski Dviçahyo (badminton) – qrupda qalıb
20. Məhəmməd Abdullayev (boks, +91 kq) – 1/8 finalda uduzub
21. Zelim Kotsoyev (cüdo, 100 kq) - 1/8 finalda uduzub
22. Uşanqi Kokauri (cüdo, +100 kq) - 1/8 finalda uduzub
23. İrina Kindzerska (cüdo, +78 kq) - bürünc medal qazanıb
24. Cavid Çələbiyev (boks, 63 kq) - 1/8 finala uduzub
25. Anna Skidan (atletika, çəkicatma) - 16-cı yer
26. Alfonso Dominqes (boks, 81 kq) – bürünc medal qazanıb
27. Ruslan Lunyov (güllə atıcılığı) - kiçikçaplı tapançadan atəşaçmada 10 m məsafədən 574 xalla 20-ci yer; 25 m məsafədən 567 xalla 21-ci yer
28. Elis Manolova (qadın güləşi, 68 kq) – təsəlliverici qarşılaşmada uduzub
29. Rafiq Hüseynov (yunan-Roma güləşi, 77 kq) – bürünc medal qazanıb
30. Nazim Babayev (atletika, üç təkanla tullanma) – 15-ci yer
31. İslam Abbasov (yunan-Roma güləşi, 87 kq) – 1/8 finalda uduzub
32. Yelizaveta Luzan, Darya Sorokina, Nərminə Səmədova, Ləman Əlimuradova, Zeynəb Hümmətova (bədii gimnastika, qrup çoxnövçülük)
33. Zöhrə Ağamirova (bədii gimnastika, çoxnövçülük)
34. Turan Bayramov (sərbəst güləş, 74 kq)
35. Hacı Əliyev (sərbəst güləş, 65 kq)
36. Mariya Stadnik (qadın güləşi, 50 kq)
37. Şərif Şərifov (sərbəst güləş, 97 kq)
38. Firdovsi Fərzəliyev (karate, 67 kq)
39. Rafael Ağayev (karate, 75 kq)
40. İrina Zaretska (karate, +61 kq)

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR