Tokio-2020: Çexiyalı voleybolçulara texniki məğlubiyyət verilib

Tokio-2020:  Çexiyalı voleybolçulara texniki məğlubiyyət verilib
# 26 iyul 2021 09:50 (UTC +04:00)

Tokio-2020 Yay Olimpiya Oyunlarında çimərlik voleybolu yarışları davam edir.

Apasport.az saytının məlumatına görə, Çexiya cütlüyü Ondjey Peruşiç və David Şvaynerə texniki məğlubiyyət verilib.

Buna koronavirus pandemiyası səbəb olub. Peruşiçin testi müsbət nəticə verib.

Bu üzdən çexiyalılar latviyalı cütlüklə görüşə çıxa bilməyib. Onların növbəti oyunu iyulun 31-də keçirəcək. Əgər Peruşiçin təkrar testi mənfi nəticə versə və karantindən dönsə qarşılaşma baş tutacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR