Tokio-2020: Koronavirusa daha 19 yoluxma qeydə alınıb

Tokio-2020:  Koronavirusa daha 19 yoluxma qeydə alınıb
# 23 iyul 2021 09:38 (UTC +04:00)

Tokio-2020 Yay Olimpiya Oyunlarında daha 19 koronavirusa yoluxma aşkarlanıb.

Apasport.az saytının məlumatına görə, bunu yarışın mətbuat xidməti açıqlayıb.

Onlardan üçü qonaq ölkələrin idmançılarıdır. Digər 16 yoluxma podratçı, jurnalist və personal üzvlərində üzə çıxıb.

Qeyd edək ki, bununla da Tokio-2020-dəki yoluxma sayı 110-a çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR