Tokio-2020: Olimpiadalar tarixində ilk qeydə alınıb

Tokio-2020:  Olimpiadalar tarixində ilk qeydə alınıb
# 05 avqust 2021 10:46 (UTC +04:00)

Tokio-2020 Yay Olimpiya Oyunlarının atletika yarışlarında görünməmiş hadisə yaşanıb.

Apasport.az saytının məlumatına görə, bu, kişilərin nüvə itələmə yarışlarında qeydə alınıb.

Rio-2016-nın qızıl, gümüş və bürünc mükafatçıları yenə eyni əyarlı medalları qazanıb. İndiyədək Olimpiadalar tarixində heç vaxt ilk “üçlük” növbəti yarışda da eyni ardıcıllıqda qərarlaşmayıb.

Rayan Krauzer (ABŞ) qızıl, Co Kovaç (ABŞ) gümüş, Tomas Uolş (Yeni Zelandiya) bürünc qazanaraq 5 il öncəki nailiyyətlərini təkrarlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR