Tokio-2020 XVI Yay Paralimpiya Oyunlarının açılış mərasimi keçirilib.
Apasport.az saytının məlumatına görə, açılış mərasimində Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov və baş katib Kamal Məmmədov iştirak ediblər.
Paraddan Paralimpiya çempionu, bayraqdar Oloxan Musayev ilə birgə 12 nəfər idmançı, nümayəndə heyətinin 7 nəfər üzvü olmaqla 19 nəfər keçib.
Komamdamız parada yaxalarında Azərbaycanın milli mədəniyyət göstəricisi, 44 günlük müharibənin simvoluna çevrilmiş xarı bülbül ilə çıxıblar.
Milli Paralimpiya komandası Tokio-2020 XVI Yay Paralimpiya Oyunlarında ölkəmizi 6 idman növündə 46 kateqoriyada rekord sayda 35 idmançı ilə təmsil edəcək. Yarışa komandamızdan ilk olaraq pauerliftinqçimiz Pərvin Məmmədov (26 avqust) qoşulacaq.
Tokio-2020: Paralimpiadanın açılış mərasimi keçirilib
24 avqust 2021 20:02 (UTC +04:00)
Olimpiada
Yunanıstanda Paris Olimpiya Oyunlarının məşəli alovlandırılıb
16:00
16 aprel 2024
Makron: Olimpiya Oyunlarının açılış mərasiminin təhlükəsizliyi ilə bağlı hətta "C planı" var
12:31
15 aprel 2024
Azərbaycan Güləş Federasiyası İtaliya idmançısının rüşvətlə bağlı ittihamlarına cavab verib
20:08
12 aprel 2024
IV Avropa Oyunları İstanbulda keçiriləcək
12:18
27 mart 2024