Tokio-2020: San Marino Olimpiadalar tarixində ilk medalını qazanıb

Tokio-2020:  San Marino Olimpiadalar tarixində ilk medalını qazanıb
# 29 iyul 2021 12:09 (UTC +04:00)

San Marino yığması Olimpiadalar tarixində ilk medalını qazanıb.

Apasport.az saytının məlumatına görə, Tokio-2020 Yay Olimpiya Oyunlarının stend atıcılığı yarışında Alessandra Perilli üçüncü yeri tutub.

O, trap növündə bürünc medala layiq görülməklə ölkə idmanının tarixinə düşüb. Bununla 34 min əhaliyə malik San-Marino Olimpiadalarda medal qazanan ən kiçik ölkə olub. Adıçəkilən ölkə Roma-1960-dan bəri dünyanın ən mötəbər multi-idman yarışında iştirak edir.

Qeyd edək ki, San-Marino Tokio-2020-yə 5 idmançı ilə qatılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR