Tokio Olimpiadasının sponsorları yarışın təxirə salınması ilə bağlı çağırış edib

Tokio Olimpiadasının sponsorları yarışın təxirə salınması ilə bağlı çağırış edib
# 04 iyun 2021 16:42 (UTC +04:00)

Tokio Yay Olimpiya Oyunlarının sponsorları yarışın təxirə salınması ilə bağlı çağırış edib.

Apasport.az saytının məlumatına görə, onlar yarışların az sayda tamaşaçı önündə keçirilməsindən narahatdır.

Bu üzdən də sponsorlar Olimpiadanın nisbətən gec baş tutmasını istəyir. Onlar Tokio-2020-nin sentyabr-oktyabra təxirə salınmasını təklif edib.

Olimpiadanı dəstəkləməyə 3 milyard dollardan artıq vəsait xərcləyən Yaponiya şirkətləri yarışın daha çox insan qarşısında keçirilməsinin tərəfdarıdır. Onlar vaksinasiya prosesinin davam etdirilməsindən sonra daha münasib vəziyyətin yaranacağı qənaətindədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR