Türkiyə Olimpiya Komitəsinin vitse-prezidenti: Azərbaycanın idman sahəsindəki uğuru məni qürurlandırır

Türkiyə Olimpiya Komitəsinin vitse-prezidenti: Azərbaycanın idman sahəsindəki uğuru məni qürurlandırır
# 08 iyun 2023 17:33 (UTC +04:00)

Azərbaycanın idman sahəsindəki uğuru məni qürurlandırır.

APA xəbər verir ki, bunu Türkiyənin Olimpiya Komitəsinin vitse-prezidenti, Avropa Olimpiya Komitələrinin İcraiyyə Komitəsinin üzvü Hasan Arat jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Azərbaycan 2015-ci ildə ilk Avropa Olimpiya Oyunlarını möhtəşəm təşkil etməklə Avropaya böyük bir mesaj verib.

"Bildiyiniz kimi, Türkiyədə yeni seçkilər keçirildi. Seçkilərdən sonra Azərbaycan Prezidenti və vitse-prezident Türkiyəyə səfər etdilər. Bizim hər zaman yanımızda oldular. Eyni zamanda Türkiyədə baş vermiş güclü zəlzələdən sonra azərbaycanlı qardaşlarımız heç bir zaman dəstəyini bizdən əsirgəmədi. Bunun üçün başda Prezident İlham Əliyev olmaqla, bütün Azərbaycan xalqına təşəkkür edirəm. Avropa Olimpiya Oyunlarının ilk atəşinin yandığı yer Azərbaycandır. 2015-ci ildə Azərbaycan Avropa Olimpiya Oyunlarının ilkini möhtəşəm formada təşkil etməklə Avropaya bir mesaj verdi. Artıq 10 gün sonra Polşada bu yarışların 3-cüsü keçiriləcək. Bu yarışları təşkil edən hər bir ölkə Azərbaycana baxıb örnək götürür. Azərbaycan mənim məmləkətimdir, türklərin ana yurdudur, ata yurdudur. Biz tək millətik. Buradakı bu uğur məni çox qürurlandırır", - o deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR