Ukraynalılara 2024-cü il Olimpiadası üçün seçimdə ruslarla birlikdə iştirak qadağan ediləcək

Ukraynalılara 2024-cü il Olimpiadası üçün seçimdə ruslarla birlikdə iştirak qadağan ediləcək
# 31 mart 2023 05:24 (UTC +04:00)

Ukrayna öz idmançılarına 2024-cü il Olimpiadasına Rusiya idmançılarının qatılacağı təsnifat yarışlarında iştirakını qadağan edəcək.

APA xəbər verir ki, bu barədə milli telemarafonun efirində Ukrayna Milli Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin üzvü Oleq Nemçinov məlumat verib.

Martın 28-də BOK federasiyalara Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı dəstəkləməyən rusiyalı idmançılara neytral statusda yarışmağa icazə verməyi tövsiyə edib. Həmçinin qərara alınıb ki, Rusiya və Belarus komandaları beynəlxalq yarışların iştirakçısı sayıla bilməz.

“Bu gün hökumətin iclasında həmkarım (Gənclər və İdman Naziri, Ukrayna Milli Olimpiya Komitəsinin rəhbəri) Vadim Qutzeytın təklifi ilə protokol qərarı təsdiq edilib ki, biz yalnız rusların olmadığı təsnifat yarışlarında iştirak edirik. ", - Nemçinov bildirib.

O, vurğulayıb ki, təqdim olunan meyarlardan kənar iştirak federasiyanı milli statusdan məhrum etmək üçün əsas olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR