Vladimir Litvintsev: “Ciddi nöqsanlar, xətalar, yıxılmalar olmadı”

Vladimir Litvintsev: “Ciddi nöqsanlar, xətalar, yıxılmalar olmadı”
# 10 fevral 2022 11:17 (UTC +04:00)

“Ümumilikdə çıxışımdan razıyam. Ciddi nöqsanlar, xətalar, yıxılmalar olmadı”.

Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan fiqurlu konkisürəni Vladimir Litvintsev deyib.

Pekin-2022 Qış Olimpiya Oyunlarında sərbəst proqramda 19-cu olan təmsilçimiz yekunda 18-ci yeri tutub. Vladimir yarışdan sonra fikirlərini Milli Olimpiya Komitəsinin mətbuat xidmətinə açıqlayıb: “Sonadək mübarizə apardım. Mümkün olan, bacardığım hər şeyi etdim. Düzdür, tullanışlarda bəzi xırda səhvlər var idi. Amma daha çox işləmək, məşq etmək lazımdır”.

Litvintsev necə vaxtdır əziyyət çəkdiyi zədəsindən də danışıb: “Zədəm hələ də narahat edir. Ağrıkəsicilərlə çıxış edirəm. Müalicə davam edir. Hər şey düzələndir. Hələ çıxış etmək istəyirəm”.

İdmançımız Pekindəki digər təmsilçimiz Yekaterina Ryabovaya da uğurlar arzu edib: “Ona ağlasığmaz uğur arzulayıram. Bilirəm ki, Yekaterina çox intizamlı qızdır və yaxşı nəticə göstərmək üçün hər şey edəcək”.

Qeyd edək ki, Ryabova mübarizəyə fevralın 15-də başlayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR