Voleybol üzrə Azərbaycan millisi Avropa Gənclər Yay Olimpiya Festivalına qatılmayacaq - EKSKLÜZİV

Voleybol üzrə Azərbaycan millisi Avropa Gənclər Yay Olimpiya Festivalına qatılmayacaq - EKSKLÜZİV
# 19 iyun 2019 10:50 (UTC +04:00)

Voleybol üzrə qızlardan ibarət Azərbaycan millisi Bakıda keçiriləcək Avropa Gənclər Yay Olimpiya Festivalında iştirak etməyəcək.

APA-nın məlumatına görə, buna səbəb komandamızın yaşla bağlı tələblərə cavab verməməsidir.

Belə ki, Azərbaycan yığması yarışa əsasən 2004-cü il təvəllüdlü voleybolçularla hazırlaşıb. Lakin Avropa Olimpiya Komitəsi Festivalda 2001-2002-ci il təvəllüdlü oyunçulara çıxış etmək şansı verir. Türkiyəli mütəxəssis Adnan Kistakın çalışdırdığı komanda yaşca rəqiblərindən böyük deyil, kiçik olsalar da, yarışa qatılmalarına icazə verilməyib.

2001-2002-ci il təvəllüdlülərdən ibarət millimizin lazımı formada olmaması isə təmsilçimizin Festivaldan çəkilməsi ilə nəticələnib. Artıq yığmamızı turnirdə əvəzləyəcək komanda da müəyyənləşib. Bu, Ukrayna voleybolçularıdır. Onlar Festivala ev sahibi kimi qatılmaq hüququna malik təmsilçimizin əvəzinə A qrupunda yer alacaqlar.

Nəticədə bu qrupda Ukrayna ilə yanaşı, Belarus, Rusiya və Almaniya milliləri mübarizə aparacaqlar. B qrupunda isə Bolqarıstan, İtaliya, Belçika və Çexiya yığmaları yer alıblar.

Qeyd edək ki, Avropa Gənclər Yay Olimpiya Festivalı iyulun 21-27-də keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR