Azərbaycan idmançısı Mariya Stadnik London Olimpiadasının gümüş medalını qazanıb

Azərbaycan idmançısı Mariya Stadnik London Olimpiadasının gümüş medalını qazanıb
# 08 avqust 2012 20:20 (UTC +04:00)
Apasport.az saytının verdiyi xəbərə görə, Mariya Stadnik final qarşılaşmasında yaponiyalı Hitomi Obaraya məğlub olub.

Güləşçimiz yarımfinala gedən yolda polşalı İvona Matkovska ilə qarşılaşıb. Görüşün ilk saniyələrindən təşəbbüsə yiyələnən dünya və Avropa çempionumuz ilk 2 dəqiqədə rəqibindən 2 xal alıb. Gözəl fiziki formada olan Stadnik ikinci hissəni də əla keçirib və 4:1 hesabi ilə qələbə qazanaraq, 1/2 finala çıxıb.

Yarımfinalda Stadnik Pekin Olimpiadasının bürünc mükafatçısı, ukraynalı İrina Merleni ilə üz-üzə gəlib. Güləşçimiz rəqibinə heç bir şans verməyib. İlk saniyələr kəşfiyyat xarakteri daşısa da, Mariya Merlininin zəif nöqtələrini tez tapıb.

Birinci hissədə 1:0 hesabı ilə qələbə qazanan idmançımız növbəti hissədə 3 xala sevinib və finala yüksəlib.

Asiyalı 2 qat dünya çempionu Hitomi Obaraya ilə final görüşü təmsilçimiz üçün uğurlu başlayıb. Mariyanın birinci hissədə burunu qanasa belə, Obaranı 4:0 hesabı ilə məğlub edib. Lakin bundan sonra rəqib təşəbbüsü ələ alıb. Yaponiyalı ikinci hissədə 1:0, ardınca 2:0 hesabı ilə qalib gələrək, görüşü xeyrinə başa vurub. Stadnik isə gümüş medalla kifayətlənib. Buna baxmayaraq, o, Pekində qazandığı bürünc medalı bu dəfə gümüşə çevirməyə müvəffəq olub.

Qeyd edək ki, millimiz qadın güləşi üzrə yarışda 2 idmançı ilə təmsil olunur. Sabah isə Yuliya Ratkeviç (55 kq) gücünü yoxlayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR