Bakıda “Qafqaz Qartalı - 2019” birgə təliminin açılış mərasimi olub - VİDEO

Bakıda “Qafqaz Qartalı - 2019” birgə təliminin açılış mərasimi olub - VİDEO
# 23 sentyabr 2019 17:50 (UTC +04:00)

Azərbaycan, Türkiyə və Gürcüstan Müdafiə nazirlərinin əldə etdikləri razılığa əsasən üç ölkənin xüsusi təyinatlı qüvvələrinin iştirakı ilə Bakıda “Qafqaz Qartalı - 2019” birgə təlimi başlayıb.

APA-nın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, təlimdə hava komponentlərindən də istifadə olunmaqla şərti hədəfin məhv edilməsi, girovların azad edilməsi, yaralıların təxliyə olunması və digər tapşırıqlar yerinə yetiriləcək.

Oktyabrın 1-dək davam edəcək təlimdə Pakistan hərbi qulluqçuları müşahidəçi qismində iştirak edir.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR