Dilçilik İnstitutunda Qərbi Azərbaycan və Qarabağın toponimlərini öyrənən şöbə yaradılıb

Dilçilik İnstitutunda Qərbi Azərbaycan və Qarabağın toponimlərini öyrənən şöbə yaradılıb
# 11 yanvar 2023 14:27 (UTC +04:00)

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda Toponimika sektorunun əsasında Toponimika şöbəsi yaradılıb.

Bu barədə APA-ya AMEA-dan məlumat verilib.

Bildirilib ki, Toponimika şöbəsi Qərbi Azərbaycan toponimləri və işğaldan azad edilmiş ərazilərin onomastik mənzərəsinin bərpası, adlarının müəyyənləşdirilməsi məsələləri ilə məşğul olacaq.

Qeyd olunub ki, Qarabağda zaman-zaman Azərbaycan tarixinə aid toponimlər kütləvi şəkildə dəyişdirilib, işğal dövründə bəzi adlar tərcümə edilib, bəzilərinə isə yeni erməni adları qoyulub. Toponimika şöbəsi toponimlərin tədqiqi, işğaldan azad edilmiş, ermənilər tərəfindən adları dəyişdirilən toponimlərin adlarının milliləşməsi istiqamətində tədqiqatlar aparacaq.

Şöbəyə Dilçilik İnstitutunun aparıcı elmi işçisi filologiya üzrə fəlsəfə doktoru, dosent Elçin İsmayılov rəhbərlik edəcək.

Qərbi Azərbaycan

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR