Əziz Ələkbərli: Qərbi Azərbaycanda maddi və qeyri-maddi mənəvi irslərimiz var, qorumalıyıq

Əziz Ələkbərli, Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri

© APA | Əziz Ələkbərli, Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri

# 28 fevral 2023 12:51 (UTC +04:00)

Qərbi Azərbaycanda minillik tarixi abidələrimiz var, bu abidələrin bəziləri ilə bağlı araşdırmalar aparmışıq.

APA-nın xəbərinə görə, bunu bu gün Milli Məclisin Mədəniyyət komitəsi ilə Mədəniyyət Nazirliyi və Əqli Mülkiyyət Agentliyinin təşkil etdiyi birgə ictimai dinləmələr zamanı Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, deputat Əziz Ələkbərli bildirib.

Onun sözlərinə görə, əvvəllər Qərbi Azərbaycanda aşıq sənəti, adət-ənənələrimiz olub: “İnsanlarımızın Qərbi Azərbaycandan çıxarılmasına görə bunlar itib. Qərbi Azərbaycanda maddi və qeyri-maddi mənəvi irslərimiz var, onları qorumalıyıq”.

Aysel Şahmar

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR