Qərbi Azərbaycan İcması beynəlxalq missiyanın qayıdış olacaq ərazilərə yerləşdirilməsini zəruri hesab edir

Qərbi Azərbaycan İcması beynəlxalq missiyanın qayıdış olacaq ərazilərə yerləşdirilməsini zəruri hesab edir
# 26 yanvar 2023 16:25 (UTC +04:00)

“Ermənistan hökumətinin azərbaycanlı əhaliyə qarşı etnik əsaslarla genişmiqyaslı və sistematik zorakılıq törətmiş olması səbəbindən İcma təhlükəsizlik məsələlərində bu dövlətə etibar etmir və ona görə də müvafiq mandatla və Qərbi azərbaycanlıların etimad göstərdiyi ölkələrin qüvvələrindən ibarət beynəlxalq təhlükəsizlik missiyasının qayıdış olacaq ərazilərə yerləşdirilməsini zəruri hesab edir”.

APA xəbər verir ki, bu barədə Qərbi Azərbaycana Qayıdış Konsepsiyasında qeyd edilib.

Bildirilib ki, beynəlxalq missiyanın səlahiyyəti və imkanları təhlükəsizlik vəziyyətindən asılı olacaq.

“Təhdidlərin qiymətləndirilməsinin müvafiq informasiya toplama və təhlil imkanları tələb etməsini, İcmada bu imkanların olmadığını nəzərə alaraq, İcma bu məsələdə Azərbaycan Respublikası hökumətinin yardımına ümid edir. İcma bu məsələdə Azərbaycan hökumətinin təqdim edə biləcəyi təhdidlərin qiymətləndirilməsini əsas götürəcək.

Missiya qayıdışdan əvvəl yerləşdirilməli, müvafiq əraziləri nəzarətə götürməli, mülki-hərbi əlaqə, polis və mülki idarəetmə səlahiyyətinə malik olmalı, İcmanın zəruri hesab etdiyi müddətdə fəaliyyət göstərməlidir.

İcma beynəlxalq təhlükəsizlik missiyasının mandatının formalaşdırılması və idarə edilməsi üzrə formatda maraqlı tərəf kimi təmsil olunmalıdır.

Hüquq-mühafizə və ədliyyə məsələlərində adekvat iştirakın zəruri şərt olduğunu nəzərə alaraq, azərbaycanlıların yerli təhlükəsizlik qüvvələrini formalaşdırmasına və məhkəmələrdə müvafiq rol almasına şərait yaradılmalıdır” – Konsepsiyada qeyd edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR