Qərbi Azərbaycan İcması İranda Azərbaycan səfirliyinə edilən hücumu şiddətlə qınayıb

Qərbi Azərbaycan İcması İranda Azərbaycan səfirliyinə edilən hücumu şiddətlə qınayıb
# 27 yanvar 2023 22:08 (UTC +04:00)

Qərbi Azərbaycan İcması Azərbaycan Respublikasının İran islam respublikasındakı səfirliyinə bu gün edilmiş silahlı hücumu şiddətlə qınayır.

APA xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcması məlumat yayıb.

"Silahlı hücum nəticəsində şəhid olmuş Azərbaycan Respublikasının hərbi qulluqçusu, əslən Qərbi Azərbaycanın Göyçə mahalının Nərimanlı kəndindən olan baş leytenant Orxan Əsgərovun ailəsinə, yaxınlarına və xidmət yoldaşlarına dərin hüznlə baş sağlığı verir və yaralananlara şəfa diləyirik.

Elçilərin toxunulmazlığına dair islam ehkamlarına və beynəlxalq normalarına hörmətsizliyin və xarici dövlətlərin səfirliklərinə xain hücumların İranda ənənəyə çevrilməsi təəssüf doğurur", - deyə bəyantda bildirilib.

İcma tutduğu vəzifəsindən asılı olmayaraq, bu hücumu sifariş edənlər, təşkil edənlər və icra edənlərin dərhal həbs edilməsini və tərəfsiz ədalət məhkəməsinə təslim edilməsini tələb edir.

Qərbi Azərbaycan

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR