Qərbi Azərbaycan İcmasının üzvlərinin siyahıyaalınması qaydası müəyyənləşib

Qərbi Azərbaycan İcmasının üzvlərinin siyahıyaalınması qaydası müəyyənləşib
# 26 yanvar 2023 16:37 (UTC +04:00)

Qərbi Azərbaycan İcmasının üzvlərinin müəyyən edilməsi və siyahıyaalınması qaydası müəyyənləşib.

APA xəbər verir ki, bu barədə Qərbi Azərbaycana Qayıdış Konsepsiyasında qeyd edilib.

Bildirilib ki, indiki Ermənistan ərazisindən qovulmuş bütün azərbaycanlılar və onların törəmələrinin öz vətənlərinə qayıtmaq hüququ var:

"İcma Azərbaycan Respublikasının və Qərbi azərbaycanlıların məskunlaşdığı digər dövlətlərin əhali reyestri xidmətlərinin yardımından istifadə edərək və müvafiq beynəlxalq metodologiya əsasında İcma üzvlərinin siyahıyaalınmasını həyata keçirəcək. Bu cür siyahıyaalınmada effektiv vasitələrdən birinin aidiyyəti şəxslərin özünü təqdim etməsi olduğunu nəzərə alaraq, onları bu addıma təşviq etmək üçün vətənindən qovulmanın ciddi hüquq pozuntusu olması barədə geniş informasiya kampaniyası aparılacaq və təhlükəsiz və ləyaqətlə geri qayıtmaq yanaşmasının mahiyyəti geniş ictimaiyyətə izah ediləcək" - Konsepsiyada qeyd edilib.

Qərbi Azərbaycan

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR