Qərbi Azərbaycan İcmasının yeni loqosu təqdim olunub - VİDEO

Qərbi Azərbaycan İcmasının yeni loqosu təqdim olunub - VİDEO
# 07 iyun 2023 13:16 (UTC +04:00)

Qərbi Azərbaycan İcmasının yeni loqosu təqdim olunub.

APA xəbər verir ki, təqdimat mərasiminda icmanın rəhbər heyəti, üzvləri ilə yanaşı, millət vəkilləri, mədəni-ictimai şəxslər, media mənsubları iştirak edib.

Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli tədbiri giriş sözü ilə açaraq icmamın bir illik fəaliyyəti barədə məlumat verib:

"Biz il ərzində fəaliyyətimizlə bərabər, loqo barəsində də müzakirələr etdik və loqonun qurumun məqsəd və məramını ifadə edən, aydın və sadə bir loqo ərsəyə gətirməyi qərara aldıq".

O, icmanın konsepsiyasının icrası barədə də fikirlərini bölüşüb: "Bütün bunlar hamısı Qərbi Azərbaycan Konsepsiyasının həyata keçirilməsini sürətləndirmək və prosesi bütün dünyada tanıtmaq məqsədi daşıyır. Biz cənab Prezidentin müəyyən etdiyi bəlli xətt üzrə fəaliyyətimizə davam edir və Qərbi azərbaycanlıların öz ata-baba yurdlarına qayıtması istiqamətində maksimum sürətli işləyirik".

Qərbi Azərbaycan İcmasının Müşahidə Şurasının sədri Misir Mərdanov Prezindent İlham Əliyevin ötən il icmaya səfəri məsələsinə diqqət çəkərək icmanın daha məsuliyyətli olmasına diqqət çəkib.

Qərbi Azərbaycan

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR