ABŞ-ın Etnik Anlaşma Fondunun sədri Azərbaycan Prezidentini təbrik edib

Ravvin Mark Şnayer

© APA | Ravvin Mark Şnayer

# 25 dekabr 2021 11:44 (UTC +04:00)

ABŞ-ın Etnik Anlaşma Fondunun sədri Ravvin Mark Şnayer Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

APA-nın xəbərinə görə, təbrikdə deyilir:

“Zati-aliləri.

Altmış illik yubileyiniz münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırıram.

Mən yaxın dostluğumuzdan çox məmnun olduğumu bildirir və Sizin dinlərarası harmoniyaya, birgəyaşayışa yüksək səviyyəli diqqətinizi alqışlayıram.

Bu yaxınlarda yəhudilərin Hanuka bayramı münasibətilə təbrikinizə görə Sizə dərin minnətdarlığımı bildirirəm.

Əlamətdar doğum gününüz münasibətilə Sizi bir daha təbrik edir, cansağlığı, xoşbəxtlik və uğurlar arzulayıram”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR