“ACWA Power” şirkətinin sədri Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

“ACWA Power” şirkətinin sədri Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb
# 01 iyun 2023 19:50 (UTC +04:00)

Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkətinin İdarə Heyətinin sədri Məhəmməd Əbunəyyan Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

APA xəbər verir ki, təbrikdə deyilir:

"Zati-aliləri, cənab Prezident!

Azərbaycanın Müstəqillik Gününün 105-ci ildönümü münasibətilə Sizə və Azərbaycan xalqına “ACWA Power” şirkətinin adından və şəxsən öz adımdan səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.

Biz Azərbaycanın etibarlı və sadiq tərəfdaşı kimi dayanıqlı inkişafa, enerji transformasiyasına və iqtisadi tərəqqiyə nail olmaq üçün ölkənizin davamlı səylərinə dəstək göstərməkdən dərin iftixar hissi duyuruq. Azərbaycan ilə strateji tərəfdaşlığımız qarşılıqlı inam, hörmət və parlaq gələcək üçün ortaq baxış üzərində qurulub.

Sizə və Azərbaycan xalqına davamlı uğurlar və xoşbəxtlik arzulayıram. Qoy, Azərbaycanın müstəqilliyi əbədi olsun!

Bu əlamətdar bayram münasibətilə ən səmimi arzularımı və təbriklərimi qəbul etməyinizi xahiş edirəm".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR