Ağcabədi və Bərdədə 20 subartezian quyusu qazılacaq - SƏRƏNCAM

Prezident İlham Əliyev

© APA | Prezident İlham Əliyev

# 04 iyun 2021 14:38 (UTC +04:00)

Prezident İlham Əliyev "Ağcabədi və Bərdə rayonlarında əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında" Sərəncam imzalayıb.

APA-nın məlumatına görə, sərəncama əsasən Ağcabədi və Bərdə rayonlarının əhalisi 37061 nəfər olan 18 yaşayış məntəqəsində əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya tələbatının ödənilməsi üçün 20 ədəd subartezian quyusunun layihələndirilməsi və qazılması məqsədilə “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.8.8-ci yarımbəndində göstərilmiş məbləğin 1,4 milyon (bir milyon dörd yüz min) manatı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.

Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etməli, Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

Sıra

№-si

Rayonun adı

Quyuların

sayı, ədəd

Yaşayış məntəqələrinin adı

Əhalinin sayı, nəfər

1.

Ağcabədi

10

Göyük kəndi (2 quyu)

931

Hindarx qəsəbəsi

9721

Xocavənd kəndi

3778

İmamqulubəyli kəndi

1240

Salmanbəyli kəndi

2692

Şahmalılar kəndi

328

Şərəfxanlı kəndi

957

Yuxarı Qiyaməddinli kəndi (2 quyu)

3555

Bərdə

10

Bala Qacar kəndi

904

Birinci Qaradəmirçi kəndi

2218

Əmirli kəndi

2048

Hacallı kəndi

1740

Xanərəb kəndi

2266

Xanxanımlı kəndi

407

İkinci Nazırlı kəndi

824

Körpüsındıran kəndi

722

Kürdborakı kəndi

721

Mehdixanlı kəndi

2009

Cəmi:

20

18

37 061

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR