Ağdamda Dəmir yolu və Avtovağzal Kompleksi inşa ediləcək - YENİLƏNİB

Ağdamda Dəmir yolu və Avtovağzal Kompleksi inşa ediləcək  - YENİLƏNİB
# 04 oktyabr 2022 20:55 (UTC +04:00)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 4-də Ağdam şəhərində Dəmir yolu və Avtovağzal Kompleksinin təməlqoyma mərasimində iştirak ediblər.

APA xəbər verir ki, dövlətimizin başçısına və birinci xanıma kompleks barədə məlumat verildi.

Bildirildi ki, iki mərtəbə və terrasdan ibarət olmaqla layihələndirilən kompleksə dəmir yolu vağzalı və avtovağzal daxildir. Kompleks vahid nəqliyyat qovşağı şəklində milli arxitektura üslubunda dizayn edilib. Eyni zamanda, kompleksin tikintisində milli ornamentlər əsas götürülməklə, şüşə elementlərdən geniş istifadə olunacaq. Kompleks Ağdam rayonunun logistik imkanlarını genişləndirəcək. Dəmir yolu vağzalı gündəlik 800-1000 nəfər sərnişinin daşınmasına imkan verəcək. Avtovağzal isə gündəlik 1300-1500 nəfər sərnişinə xidmət edəcək.

Qeyd olundu ki, kompleksdə gözləmə zalları, bilet kassaları, tibb və polis məntəqələri, ana və uşaq otağı, əl yüklərini saxlama kamerası, texniki otaqlar, mağazalar, uşaqlar üçün əyləncə zonası, restoran və istirahət guşələri yaradılacaq.

Prezident İlham Əliyev kompleksin təməlini qoydu.

***

17.45

Ağdam şəhərinin dəmir yolu və avtovağzal kompleksinin təməli qoyulub.

APA xəbər verir ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva təməlqoyma mərasimində iştirak ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR