ANAMA-nın nizamnamə fondu 2 209 512,9 min manat olub

ANAMA-nın nizamnamə fondu 2 209 512,9 min manat olub
# 21 yanvar 2023 15:09 (UTC +04:00)

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin ilkin nizamnamə fondu artırılıb.

APA-nın xəbərinə görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin Nizamnaməsinə edilən dəyişiklikdə əksini tapıb.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin ilkin nizamnamə fondu 100 000 min manat olub. Dəyişikliyə əsasən, ANAMA-nın nizamnamə fondu 2 209 512,9 min manat olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR