Avropa yəhudilərinin Bakı dini icması Prezident İlham Əliyevi təbrik edib

Prezident İlham Əliyev

© APA | Prezident İlham Əliyev

# 25 dekabr 2021 11:21 (UTC +04:00)

Avropa yəhudilərinin Bakı dini icmasının sədri Aleksandr Şarovski, Avropa yəhudilərinin Bakı dini icması sədrinin müavini Yevgeni Brenneysen və Avropa yəhudilərinin Bakı dini icmasının baş ravvini Şneor Seqal Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıblar.

APA-nın xəbərinə görə, təbrikdə deyilir:

“Hörmətli cənab Prezident,

Azərbaycandakı Avropa Yəhudiləri İcması adından Sizi 60 illik yubileyiniz münasibətilə təbrik edirik.

60 il insan həyatının çiçəklənmə dövrüdür. Tarixin çətin və dönüş anlarında dünya hadisələrinə təsir edən böyük şəxsiyyətin rolu xüsusilə nəzərə çarpır. Məhz Sizin və Sizin rəhbərliyiniz sayəsində Azərbaycan xalqı ata-baba torpaqlarımız olan Qarabağımızı işğalçılardan azad etdi və Sizin rəhbərliyinizlə bu torpaqlar yenidən çiçəklənəcək.

Biz Azərbaycan yəhudiləri, bütün ölkə xalqı kimi, bu zəmanədə yaşamaqla, Sizin müdrik rəhbərliyiniz sayəsində ölkəmizin inkişaf etdiyini və tərəqqisini görməklə fəxr edirik və buna görə xoşbəxtik.

Siz haradasınızsa, qələbə də oradadır!

Sizə səmimi qəlbdən möhkəm cansağlığı, müqəddəs Tövratda yazıldığı kimi, 120 illik xoşbəxt ömür və əziz Azərbaycanımızın rifahı naminə səmərəli fəaliyyət arzulayırıq.

Allah Sizi qorusun!"

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR