Azərbaycan-Belarus hökumətlərarası komissiyanın tərkibi dəyişib

Azərbaycan-Belarus hökumətlərarası komissiyanın tərkibi dəyişib
# 28 iyul 2022 17:25 (UTC +04:00)

Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi dəyişib.

APA xəbər verir ki, bu, Prezident İlham Əliyevin müvafiq sərəncamında əksini tapıb.

Komissiyanın həmsədri bundan əvvəl Azərbaycan Respublikası Baş nazirinin birinci müavini olub.

Sərəncama əsasən, Komissiyanın sədri bundan sonra Əli Əhmədov – Azərbaycan Respublikası Baş nazirinin müavini olacaq. İndiyə qədər komissiyanın sədri Azərbaycan Respublikası Baş nazirinin birinci müavini olub.

Xarici İşlər Nazirliyi Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibinə bu Sərəncama ilə edilmiş dəyişiklik barədə Belarus Respublikası tərəfinə müvafiq bildiriş göndərməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR