Azərbaycan ərazisindən xarici mərc oyunları satıcılarının virtual mühitə çıxışının qarşısı alınacaq

Azərbaycan ərazisindən xarici mərc oyunları satıcılarının virtual mühitə çıxışının qarşısı alınacaq
# 30 dekabr 2021 13:29 (UTC +04:00)

Telekommunikasiya operatoru və provayderləri üçün yeni vəzifə müəyyənləşir.

APA-nın məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi “Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanunda əksini tapıb.

Qanuna əsasən, telekommunikasiya operatoru və provayderlərinin vəzifələri sırasına telekommunikasiya xidmətləri vasitəsi ilə qumar oyunlarının təşkili və keçirilməsinin, qumar oyunlarında iştirak üçün biletlərin (və ya biletə bərabər tutulan digər iştirak hüququnun) satışının təşkili və ya satışı, həmçinin qumar oyunlarında iştirakın, o cümlədən ölkə ərazisindən xarici lotereya təşkilatçılarının və idman mərc oyunları operatorlarının, habelə onların satıcılarının virtual mühitə çıxışlarının qarşısının alınması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada tədbirlər görmək daxil edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR