Azərbaycan Ermənistanla delimitasiya üzrə milli komissiyanın və sülh müqaviləsinin hazırlanması üzrə nümayəndə heyətinin tərkibini müəyyənləşdirib

Nikol Paşinyan-Şarl Mişel-Prezident İlham Əliyev

© APA | Nikol Paşinyan-Şarl Mişel-Prezident İlham Əliyev

# 23 aprel 2022 19:01 (UTC +04:00)

Brüssel görüşünün nəticələrinə uyğun olaraq Azərbaycan tərəfi Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və demarkasiyası üzrə milli komissiyanın və iki ölkə arasında sülh müqaviləsinin hazırlanması üzrə nümayəndə heyətinin tərkibini müəyyən edib.

APA xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Şarı Mişellə telefon danışığı zamanı bildirib.

Dövlət başçısı Azərbaycanın qarşı tərəflə “Bakı-Yerevan” formatında danışıqlara hazır olduğunu vurğulayıb.

Prezident İlham Əliyev sülh müqaviləsi üzrə danışıqlar üçün Azərbaycanın təqdim etdiyi beş prinsipin əsas götürüldüyünün vacibliyini vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR