Azərbaycan-Monqolustan ticarət və iqtisadi əməkdaşlığına dair Saziş təsdiq edilib

Azərbaycan-Monqolustan ticarət və iqtisadi əməkdaşlığına dair Saziş təsdiq edilib
# 05 iyul 2022 17:20 (UTC +04:00)

“Azərbaycan Hökuməti və Monqolustan Hökuməti arasında ticarət və iqtisadi əməkdaşlıq haqqında Saziş” təsdiq edilib.

APA xəbər verir ki, bununla bağlı Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Fərman imzalayıb.

Fərmana əsasən, 2021-ci il oktyabrın 21-də Bakı və Ulan-Bator şəhərlərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti və Monqolustan Hökuməti arasında ticarət və iqtisadi əməkdaşlıq haqqında Saziş” təsdiq edilib.

Bu Fərmanda göstərilən Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etməlidir.

Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Monqolustan Hökumətinə bildiriş göndərməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR