Azərbaycan Prezidenti: Aİ ilə bu gün imzalanan memorandum gələcək üçün yol xəritəsidir

Azərbaycan Prezidenti: Aİ ilə bu gün imzalanan memorandum gələcək üçün yol xəritəsidir
# 18 iyul 2022 16:51 (UTC +04:00)

Qarşıdakı illərdə yeni qaz yataqlarının istismarı təbii qaz istehsalını artıracaq və alternativ enerjinin istifadəsi daha çox təbii qaz ixracına imkan verəcək.

APA xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Avropa Komissiyasının Prezidenti Ursula von der Leyenlə mətbuata birgə açıqlamasında deyib.

“Bugünkü memorandum gələcək üçün bir növ yol xəritəsidir. Bizim daha əvvəl planlaşdırdıqlarımızın hamısını həyata keçirdiyimizi nəzərə alsaq, əminəm ki, biz böyük uğur görəcəyik. Bizim bu gün müzakirə etdiyimiz digər məsələlər arasında kommunikasiya, əlaqə də var idi. Azərbaycanın coğrafi mövqeyini və modern nəqliyyat infrastrukturunu nəzərə alsaq, bizim potensialımızın əlaqələndirilməsi istiqamətində daha fəal işləməyimizə ehtiyac var. Çünki burada, Xəzərin qərb sahilində Azərbaycan Xəzərdə ən böyük ticarət donanmasına, modern infrastruktura, gəmiqayırma zavoduna, yeni dəniz limanına və bizi bütün qonşularımızla əlaqələndirən dəmir yoluna malikdir”, - Prezident İlham Əliyev vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR