Azərbaycan Prezidenti: Aİ ilə sazişin böyük əksəriyyəti razılaşdırılıb

Azərbaycan Prezidenti: Aİ ilə sazişin böyük əksəriyyəti razılaşdırılıb
# 06 oktyabr 2022 21:29 (UTC +04:00)

Sazişin böyük əksəriyyəti artıq razılaşdırılmışdır və qalan məsələlər o qədər də böyük prinsipial xarakter daşımır.

APA xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Praqada Azərbaycan televiziya kanallarına müsahibəsində bildirib.

“Sazişin böyük əksəriyyəti artıq razılaşdırılmışdır və qalan məsələlər o qədər də böyük prinsipial xarakter daşımır. Nəqliyyat sahəsində əməkdaşlıq üçün yeni imkanlar yaranıb. Çünki Azərbaycanın coğrafi vəziyyəti, müasir nəqliyyat infrastrukturu - Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizləri Avropa üçün də çox önəmlidir”, - deyə Azərbaycan Prezidenti qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR