Azərbaycan Prezidenti: "Almaniya bizim üçün vacib tərəfdaş və dost ölkədir"

Azərbaycan Prezidenti: "Almaniya bizim üçün vacib tərəfdaş və dost ölkədir"
# 03 oktyabr 2022 11:28 (UTC +04:00)

“Biz Azərbaycan-Almaniya əlaqələrinin hərtərəfli inkişafına xüsusi əhəmiyyət veririk. Almaniya bizim üçün vacib tərəfdaş və dost ölkədir. Diplomatik münasibətlərimizin qurulduğu ötən onilliklər ərzində dövlətlərarası əlaqələrimizin dinamik inkişaf etməsi, siyasi, iqtisadi, humanitar və digər sahələrdə əməkdaşlığımızın genişlənməsi məmnunluq doğurur”.

APA xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerə ünvanladığı təbrik məktubunda deyilir.

“Hazırda qarşılıqlı faydalı tərəfdaşlığımızın daha da inkişaf etdirilməsi üçün geniş imkanlar vardır. İnanıram ki, Azərbaycan ilə Almaniya arasında istər ikitərəfli qaydada, istərsə də Avropa İttifaqı çərçivəsində fəal əməkdaşlıq əlaqələri bundan sonra da xalqlarımızın və ölkələrimizin rifahına xidmət edəcəkdir”, - məktubda vurğulanır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR