Azərbaycan Prezidenti: “Bəzi hallarda xarici dairələr gəncləri özləri üçün əsas hədəf seçir”

Prezident İlham Əliyev

© APA | Prezident İlham Əliyev

# 07 sentyabr 2021 14:11 (UTC +04:00)

“İdman sahəsində tərbiyə məsələlərinə də çox ciddi diqqət yetirmək lazımdır. Bütövlükdə gənclərimizin tərbiyə edilməsi prosesi diqqət mərkəzində olmalıdır”.

APA-nın məlumatına görə, bunu Prezident İlham Əliyev Fərid Qayıbovu gənclər və idman naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən deyib.

Dövlət başçısı bildirib ki, gənclərimiz ənənəvi dəyərlər əsasında tərbiyə almalıdırlar: “Həm məktəblərdə, həm ailələrdə ənənəvi dəyərlər bizim əsas sütunumuzdur. Azərbaycan dəyərləri, milli dəyərlərimiz bizim üçün əsas prinsipdir və gənc nəsil də bu ruhda tərbiyə almalıdır, milli ruhda, vətənpərvərlik ruhunda tərbiyə almalıdır. Gənc nəsil mənfi xarici təsirdən uzaq olmalıdır və buna nail olmaq üçün tərbiyə işləri aparılmalıdır”. Prezident İlham Əliyev qeyd edib ki, gənclər savadlı, bilikli, eyni zamanda, milli mədəniyyətimizə yaxın olmalıdırlar: “Bizim milli dəyərlərimizi dərk etməlidirlər, onları yaşatmalıdırlar və bu istiqamətdə çox ciddi iş aparılmalıdır. Çünki indiki dünyada qloballaşma prosesləri gedir və bəzi hallarda xarici dairələr gəncləri özləri üçün əsas hədəf seçirlər. Yəni, gəncləri aldatmaq, yoldan çıxarmaq üçün səylər göstərilir. Biz bunu görürük və əlbəttə, bunun qarşısı alınmalıdır. Burada vətənpərvərlik hissləri ön planda olmalıdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR