Azərbaycan Prezidenti: "Biz həqiqətən də Zəngəzurdan yoxlamasız keçid məsələsinə sadiqik"

Azərbaycan Prezidenti: "Biz həqiqətən də Zəngəzurdan yoxlamasız keçid məsələsinə sadiqik"
# 30 aprel 2022 03:24 (UTC +04:00)

“Nəqliyyat dəhlizlərinə gəlincə, əlbəttə, biz onların qısa müddətdə reallaşdırılmasını istəyirik. Ermənistan, nəhayət, qərar verməlidir ki, onlar bunu necə görmək istəyirlər”.

APA xəbər verir ki, bu sözlər Prezident İlham Əliyev aprelin 29-da ADA Universitetində keçirilən “İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransda çıxışında deyib.

“Mən artıq bu haqda danışdım, əlavə edim ki, biz həqiqətən də Zəngəzurdan yoxlamasız keçid məsələsinə sadiqik və Ermənistanın bunun bir hissəsi olması üçün biz, hətta elektrik xətləri haqqında düşünə bilərik. Yeri gəlmişkən, İranla imzaladığımız anlaşma memorandumunda biz avtomobil və dəmir yolları ilə yanaşı, elektrik kabellərinin keçidi ilə bağlı məsələləri əks etdirmişik. Çünki bu da elektrik enerjisinin ixracı yollarından biridir”,-deyə dövlət başçısı bildirib.
Prezident İlham Əliyev deyib ki, regionların inkişafı proqramına aid Azərbaycanın inteqrasiyası və gələcək inkişafı ilə bağlı beşillik inkişafı planınlarının olduğuna diqqət çəkib.
“Bu proqramlardan birincisi mənim tərəfimdən birinci dəfə prezident seçiləndən bir neçə ay sonra – 2004-cü ilin fevral ayında qəbul edilib və hər beş ildən bir biz bu planları yenidən nəzərdən keçirir və digər beşillik hədəflər qoyuruq. Bu proqram nəşr olunur, ictimaiyyətə açıq sənəddir və əsasən regionların müraciətləri – insanların istəkləri əsasında formalaşır. Çox işlər görülüb, indi Qarabağ və Zəngəzurun Azərbaycanın digər hissələrinə dərin inteqrasiyası üzərində işləyirik. Buna görə də bu dəmir yolları, hava limanları, avtomobil yolları, elektrik xətləri demək olar ki, yekunlaşmaq üzrədir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR