Azərbaycan Prezidenti: “Biz indi ermənilərin yeni basdırdıqları minaları çox çətinliklə tapırıq”

Prezident İlham Əliyev

© APA | Prezident İlham Əliyev

# 29 aprel 2022 13:49 (UTC +04:00)

“Təəssüf ki, Ermənistan bu dəhşətli davranışına görə heç qınanmadı da. Və biz indi onların yeni basdırdıqları minaları çox çətinliklə tapırıq”.

APA xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev ADA Universitetində keçirilən “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransda bildirib.

“Deməli, bu, onların davranışlarının növbəti nümayişidir, düzgün qeyd etdiyiniz kimi, noyabrın 10-da imzalanmış üçtərəfli bəyanata əsasən, tərk etməli olduqları əraziləri çıxmaq üçün onlara 10 gündən 20 günə qədər vaxt vermişdik. Amma bundan mina basdırmaq, tikmədikləri, ancaq məskunlaşdıqları evləri yandırmaq, ağac kəsmək və başqa ekoloji fəlakətlər törətmək üçün istifadə edirdilər. Beynəlxalq dəstəyə gəlincə, təəssüf ki, indiyədək heç bir beynəlxalq təşkilatdan dəstək almamışıq. Nə ediriksə, öz hesabımıza edirik. Biz prosesi sürətləndirməyə kömək edə biləcək bir neçə beynəlxalq şirkətlə müqavilə bağlamaq istəyirdik, lakin təəssüf ki, onların tələb etdikləri qiymət çox yüksəkdir, hətta bizim Minatəmizləmə Agentliyimiz üçün ödədiyimiz xərcdən bir neçə dəfə yüksəkdir. Deməli, buna kommersiya nöqteyi-nəzərindən baxırlar. Yaxşı, biz bunu müəyyən dərəcədə başa düşə bilərik, çünki onlar özəl şirkətlərdir. Amma biz bunu edə bilməyəcəyik, çünki astronomik rəqəmlərdir, minatəmizləmənin hər metrinə görə pul almaq istəyirlər”, - Prezident qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR