Azərbaycan Prezidenti: Bütün istiqamətlər üzrə biz indi Türkiyə ilə əlaqələrimizin çox fəal dövrünü yaşayırıq

Azərbaycan Prezidenti: Bütün istiqamətlər üzrə biz indi Türkiyə ilə əlaqələrimizin çox fəal dövrünü yaşayırıq
# 25 sentyabr 2023 17:07 (UTC +04:00)

İki il bundan əvvəl uzun zaman davam edən işğaldan azad olunmuş Şuşa şəhərində Şuşa Bəyannaməsi – müttəfiqlik bəyannaməsi bizim münasibətlərimizi yeni müstəviyə qaldırdı, bu gün bu əlaqələr ən yüksək zirvədədir.

APA xəbər verir ki, bunu Prezident İlham Əliyev Naxçıvanda səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla mətbuata birgə bəyanatı zamanı deyib.

“Bütün istiqamətlər üzrə biz indi əlaqələrimizin çox fəal dövrünü yaşayırıq. Bu gün təməlini qoyduğumuz İğdır-Naxçıvan qaz xətti, vaxtilə biz sizinlə TANAP projesinin təməlini qoymuşduq, o xəttin açılışını bərabər etmişdik, bu gün isə Türkiyədən Azərbaycanın parçası olan Naxçıvana qaz kəmərinin inşası ilə bağlı işlərə start veririk, Qars-Naxçıvan dəmir yolunun inşasına dair niyyət protokolunun imzalanması da tarixi hadisədir. Əminəm ki, bu proje də uğurla həyata keçiriləcək və beləliklə, Orta Koridorun bir qolu kimi həm Azərbaycana, həm də Türkiyəyə, həm də digər ölkələrə xidmət göstərəcək”, - dövlət başçısı deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR