Azərbaycan Prezidenti: “Enerji təhlükəsizliyi bu gün hər zamankından daha önəmlidir”

Azərbaycan Prezidenti: “Enerji təhlükəsizliyi bu gün hər zamankından daha önəmlidir”
# 18 iyul 2022 16:40 (UTC +04:00)

Enerji təhlükəsizliyi məsələləri bu gün hər zamankından daha önəmlidir.

APA xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakıda Avropa Komissiyasının Prezidenti Ursula von der Leyenlə mətbuata birgə açıqlamasında deyib.

“Biz artıq bu əməkdaşlığın müsbət faydalarını görürük. Enerji təhlükəsizliyi məsələləri bu gün hər zamankından daha önəmlidir. Aİ və Azərbaycan arasında enerji sahəsində uzunmüddətli, proqnozlaşdırıla bilən və çox etibarlı əməkdaşlıq təbii ki, böyük bir aktivdir. Bu il biz Aİ və Azərbaycan arasında neft və qaz, alternativ enerji, su enerjisi səmərəliliyi və digər məsələlər də daxil olmaqla, bir çox sahələri əhatə edən enerji dialoquna başladıq”, - dövlət başçısı vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR