Azərbaycan Prezidenti: Ermənistan həm də Zəngəzur dəhlizinin açılması öhdəliyindən yayınır

Azərbaycan Prezidenti: Ermənistan həm də Zəngəzur dəhlizinin açılması öhdəliyindən yayınır
# 16 mart 2023 16:04 (UTC +04:00)

2022-ci ildə Praqa və Soçidə Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanımasına baxmayaraq, hələ də öz qoşunlarını tam olaraq Azərbaycan ərazilərindən çıxarmamışdır. Qarabağda qanunsuz erməni dəstələri və kriminal ünsürlər qalmaqdadır.

APA xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev martın 16-da Ankarada keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşündə çıxışında deyib.

Prezident İlham Əliyev qeyd edib ki, Ermənistan həm də Zəngəzur dəhlizinin açılması öhdəliyindən yayınır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR