Azərbaycan Prezidenti: “Ermənistan sülh razılaşması üzrə komissiyanı təsis edən kimi danışıqlara başlanılacaq”

Azərbaycan Prezidenti: “Ermənistan sülh razılaşması üzrə komissiyanı təsis edən kimi danışıqlara başlanılacaq”
# 16 iyun 2022 11:31 (UTC +04:00)

Ermənistanla əlaqələrin normallaşdırılması prosesinə gəldikdə isə, sülh razılaşması üzərində işləməyə başlamaq bizim təklifimiz idi və biz təklif etmişdik.

APA xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Qlobal dünya nizamına təhdidlər” mövzusunda IX Qlobal Bakı Forumunun açılışında çıxışı zamanı deyib.

Dövlət başçısı qeyd edib ki, Ermənistan sülh razılaşması üzərində işləyəcək komissiyanı təsis edən kimi danışıqlara başlanılacaq: “Ermənistanla əlaqələrin normallaşdırılması prosesinə gəldikdə isə, sülh razılaşması üzərində işləməyə başlamaq bizim təklifimiz idi və biz təklif etmişdik. Ermənistan cavab vermədi, daha sonra biz digər bir addım atdıq və hər iki ölkənin ərazi bütövlüyünə qarşılıqlı hörmət və tanıma, həm indi, həm də gələcəkdə hər hansı ərazi iddiasının irəli sürülməsindən qarşılıqlı şəkildə çəkinmə də daxil olmaqla, beynəlxalq hüququn 5 baza prinsipini irəli sürdük. Biz Ermənistan hökumətinin bu 5 prinsipi qəbul etdiyini görməkdən çox şadıq. Bu, pozitiv dinamikadır, lakin bizim indi praktiki tətbiqetməyə ehtiyacımız var. Çünki biz işğal tarixindəki müzakirələrdən də bilirik ki, bəzən Ermənistan rəhbərliyi tərəfindən hətta ali səviyyədə ifadə edilmiş sözlər də çox məna ifadə etməyib. Bizim addım atılmasına ehtiyacımız var. Azərbaycan artıq öz tərəfindən sülh razılaşması üzrə komissiyasını təsis edib və biz eyni addımın Ermənistan tərəfindən də atılmasını gözləyirik. Əgər bu edilsə və ya bu edilən kimi danışıqlar başlayacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR