Azərbaycan Prezidenti: “Gənclər üçün Əziz Sancar kimi insanlar örnəkdir, nümunədir”

Prezident İlham Əliyev

© APA | Prezident İlham Əliyev

# 28 may 2022 16:19 (UTC +04:00)

“Texnofest”ə hörmətli qonaq qismində türk dünyasının böyük oğlu, dünya şöhrətli alim, Nobel mükafatı laureatı, hörmətli Əziz Sancar da təşrif buyurdu”.

APA xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilən “TEKNOFEST Azərbaycan” festivalında deyib.

Dövlət başçısı Əziz Sancarla keçən görüşünü xatırlayıb: “Əziz bəy dedi ki, onun hər zaman böyük arzusu var idi, Şuşaya getmək. Mənimlə görüşdən sonra Şuşaya getmişdir və bildirmişdir ki, artıq həyatda nəyə nail olmaq istəmişəmsə, ona nail olmuşam, Şuşanı da gördüm. Bizi də çox xoşbəxt etdi. Gənclər üçün Əziz Sancar kimi insanlar örnəkdir, nümunədir. Həm alim, həm vətəndaş, həm türkçü, həm vətənpərvər insan. Siz gənclər, Əziz bəyə oxşamağa çalışmalısınız”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR