Azərbaycan Prezidenti: Heç kim bizimlə ultimatum dili ilə danışa bilməz

Azərbaycan Prezidenti: Heç kim bizimlə ultimatum dili ilə danışa bilməz
# 28 mart 2023 14:51 (UTC +04:00)

Müharibədən ötən iki il yarım müddət ərzində bütün dünya, eyni zamanda, anti-Azərbaycan qüvvələr bizim əyilməz iradəmizi gördü.

APA xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Məsim Məmmədovu Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar qəbul edərkən bildirib.

“Heç kim bizim iradəmizə təsir edə bilməz. Heç kim bizimlə ultimatum dili ilə danışa bilməz. Biz bunu İkinci Qarabağ müharibəsində Ermənistana sübut etmişik, müharibədən keçən iki il yarım ərzində Ermənistanın himayədarlarına sübut etmişik”, - deyə dövlət başçısı vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR