Azərbaycan Prezidenti İlham Əliyev Rəcəb Tayyib Ərdoğana zəng edib - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev Rəcəb Tayyib Ərdoğana zəng edib - VİDEO
# 05 fevral 2022 20:25 (UTC +04:00)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 5-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edib.

APA-nın xəbərinə görə, dövlətimizin başçısı koronavirus xəstəliyinə yoluxması ilə əlaqədar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana və həyat yoldaşı Əminə xanıma öz adından və Mehriban xanımın adından cansağlığı arzulayıb və şəfa diləklərini yetirib.

Türkiyə Prezidenti göstərilən diqqətə görə dövlətimizin başçısına və Mehriban xanıma öz adından və Əminə xanımın adından təşəkkürünü bildirib.

Telefon söhbəti zamanı Azərbaycan-Türkiyə qardaşlığının və dostluğunun müxtəlif aspektlərinə dair fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR