Azərbaycan Prezidenti İlham Əliyevin Macarıstana rəsmi səfəri başa çatıb

Azərbaycan Prezidenti İlham Əliyevin Macarıstana rəsmi səfəri başa çatıb
# 30 yanvar 2023 21:00 (UTC +04:00)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Macarıstana rəsmi səfəri yanvarın 30-da başa çatıb.

APA xəbər verir ki, Budapeştin Ferents List adına Beynəlxalq Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Macarıstanın iqtisadi inkişaf naziri Marton Nagy, Macarıstan Prezidenti Ofisinin rəhbəri Gergely Ekler və digər rəsmi şəxslər yola saldılar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR