Azərbaycan Prezidenti: “İndi Şuşa şəhərində mindən çox insan yerləşib”

Azərbaycan Prezidenti: “İndi Şuşa şəhərində mindən çox insan yerləşib”
# 27 iyun 2022 11:09 (UTC +04:00)

“Biz isə qurub-yaradan xalqıq. Biz gəlmişik, tamamilə dağılmış 10 min kvadratkilometr ərazidə yeni həyat qururuq”.

APA xəbər verir ki, bunu Prezident İlham Əliyev Kəlbəcərdə “İstisu” sanatoriyasının təməlqoyma mərasimindən sonra çıxışında deyib.

Dövlət başçısı bildirib ki, artıq yeni həyatın təzahürləri görünməkdədir:

“Azad edilmiş şəhərlərimizdə, kəndlərimizdə artıq geniş inşaat işləri gedir. Məsələn, mənə verilən məlumata görə, indi Şuşa şəhərində mindən çox insan yerləşib və inşaat işləri ilə məşğuldur, xidmət sahəsində işləyir. Artıq Ağdamda sənaye parkı yaradılır. Zəngilanda, Ağalı kəndində birinci “ağıllı kənd” layihəsi istismara verilmişdir. Yəni, bunu biz edirik, biz – bu torpaqların sahibləri. Ancaq hər kəs bilməlidir, bu, çox genişmiqyaslı işdir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR