Azərbaycan Prezidenti İsraildə törədilən terror aktı ilə bağlı başsağlığı verib

Azərbaycan Prezidenti İsraildə törədilən terror aktı ilə bağlı başsağlığı verib
# 28 yanvar 2023 21:52 (UTC +04:00)

Azərbaycan Prezidenti İsraildə törədilən terror aktı ilə əlaqədar Prezident İsxak Hersoqa və həlak olanların ailələrinə başsağlığı verib, yaralananların tezliklə şəfa tapmasını arzulayıb.

APA xəbər verir ki, Azərbaycan Prezidenti bu barədə israilli həmkarı ilə telefon danışığı zamanı bildirib.

İsrail Prezidenti başsağlığına görə dövlətimizin başçısına minnətdarlığını ifadə edib.

Prezident İlham Əliyev bildirib ki, terrorizmdən əziyyət çəkən dövlət olaraq Azərbaycan motivlərindən asılı olmayaraq, terrorizmin bütün forma və təzahürlərini pisləyir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR